12:37 28-07-2020
news_image
264
FUTBOL

“Mançester Yunayted” üçün 8 futbolçu – transfer planları

İngiltərənin “Mançester Yunayted” klubunun transfer planları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi yay fasiləsində 8 futbolçu transfer etməyi planlaşdırır.
 
Bunlar müdafiəçilər Kalidu Kulibali (Napoli), Tayron Minqs (Aston Villa), Natan Ake (Bornmut), yarımmüdafiəçilər Donni van de Bek (Ayaks), Cek Qriliş (Aston Villa), Ceydon Sanço (Borussiya D), hücumçular Mussa Dembele (Lion) və Harri Keyndir (Tottenhem).

Komandadan gedəcəyi gözlənilən oyunçuları sayı isə 6-dır. Bunlar yarımmüdafiəçilər Cessi Linqard, Andreas Pereyra, müdafiəçilər Fil Cons, Kris Smollinq, Markos Roxo və hücumçu Aleksis Sançesdir.