14:17 28-07-2020
news_image
144
FUTBOL

Qətərə doğru - Fabreqas

“Monako”nun futbolçusu Sesk Fabreqas karyerasını Qətərdə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, ispaniyalı yarımmüdafiəçinin xidmətində “Əl-Qərəfə” klubu maraqlıdır.

Asiyalılar 33 yaşlı futbolçunu bu yay heyətinə qatmaq istəyir. “Monako” bu keçidin əleyhinə deyil. Çünki həm klub rəhbərliyi Seskin nümayiş etdirdiyi oyundan narazıdır, həm də onun maaşı yüksəkdir.

Qeyd edək ki, Fabreqas “Monako”ya 2019-cu ilin yanvarında “Çelsi”dən 9 milyon avroya keçib.