15:02 28-07-2020
news_image
176
FUTBOL

“Liverpul” amerikalı futbolçu alır

İngiltərənin “Liverpul” klubu heyətini gənc yarımmüdafiəçi ilə gücləndirməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın çempionu Almaniya “Şalke”sində çıxış edən Ueston Makkenninin transferində maraqlıdır.

ABŞ millisinin 21 yaşlı futbolçusu baş məşqçi Yurgen Kloppun diqqətini çəkib. Almaniyalı mütəxəssis onu öz sxeminə uyğun futbolçu hesab edir.