15:10 28-07-2020
news_image
256
FUTBOL

“Barselona” Rakitiçi satır – 10 milyona

İspaniyanın “Barselona” klubu futbolçusu İvan Rakitiçi satmağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi xorvatiyalı yarımmüdafiəçinin transferi üçün qiyməti də müəyyənləşdirib.

Kataloniya klubu Rakitiç üçün 10 milyon avro istəyir. 2021-ci ildə müqaviləsi başa çatacaq İvan bir neçə klubun maraq dairəsindədir. 

Rakitiçin əvvəllər şərəfini qoruduğu “Sevilya” da onun xidmətində maraqlıdır. Lakin bu klub futbolçunu azad agent kimi heyətinə qatmaq arzusundadır.