16:47 28-07-2020
news_image
189
FUTBOL

Koronavirusa yoluxdu – “Real”ın futbolçusu

İspaniyanın “Real” klubunun futbolçusu Mariano Dias koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, bunu Madrid təmsilçisi açıqlayıb.

Bildirilir ki, Marianonun testi müsbət nəticə verib. Hazırda evdə karantində olan hücumçu özünü yaxşı hiss edir. O, karantin üzündən məşqlərdən də kənar qalıb. Onunla təmasda olmuş futbolçuların karantinə alınıb-alınmayacağı açıqlanmır.

Qeyd edək ki, “Real” Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti” ilə üz-üzə gələcək.