17:14 28-07-2020
news_image
148
FUTBOL

Topalla bağlı qərar verdi – “Başakşəhər”

Türkiyənin “Başakşəhər” klubu futbolçusu Mehmet Topalla bağlı qərar verib.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi futbolçunu daha bir il heyətində saxlamağı lazım bilib.

Bu səbəbdən də 34 yaşlı yarımmüdafiəçinin müqaviləsindəki anlaşmanı uzatma bəndi aktivləşdirəcək. Çempionluqda pay sahibi olan futbolçu daha bir il komandasının uğurları üçün çalışacaq.

Qeyd edək ki, Topal başa çatan mövsümdə Super Liqada 31 matça çıxıb.