17:51 28-07-2020
news_image

Castin Qetji döyüşünün vaxtı açıqlandı - Həbib Nurməhəmmədovun

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovla müvəqqəti çempion Castin Qetji arasında döyüşün vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu UFC prezidenti Deyna Uayt açıqlayıb.

O bildirib ki, döyüş oktyabrın 24-də baş tutacaq. Bir müddət öncə görüşün Abu-Dabidə təşkil olunacaq UFC-254 çərçivəsində keçiriləcəyi iddia olunurdu.

Həbib – Qetji qarşılaşması sentyabrın 19-da baş tutacaq UFC-253 çərçivəsində planlaşdırılırdı. Lakin rusiyalının atası və məşqçisi Abdulmanap Nurməhəmmədovun ölümünə görə döyüş təxirə salınıb.