22:29 28-07-2020
news_image
227
FUTBOL

David Silva ilə danışıqlara başladı - “Latsio”

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu David Silva karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, “Latsio” 34 yaşlı ispaniyalı yarımmüdafiəçinin keçidi ilə bağlı danışıqlara başlayıb.

Müqaviləsi avqustda başa çatacaq Silva yeni komandasına azad agent kimi keçmək imkanına malikdir. 2010-cu ilin yayında “Valensiya”dan 28,75 milyon avroya transfer olunan yarımmüdafiəçi Mançester təmsilçisində 10 mövsüm çıxış edib.

Qeyd edək ki, Silva başa çatan 2019/20 mövsümündə Premyer Liqada 27 oyunda 6 qol vurub.