00:00 29-07-2020
news_image
206
FUTBOL

“İnter”ə doğru? - Lionel Messi

Argentina millisinin və İspaniya “Barselona”sının futbolçusu Lionel Messinin İtaliya “İnter”inə keçəcəyi ilə bağlı iddialar daha da artıb.

Apasport.az saytının məlumatına görə, buna Milan klubunun sahibi Stiven Cana məxsus “Suninq” televiziya kanalındakı görüntü səbəb olub.

“İnter”in A seriyasının XXXVII turunun “Napoli” ilə görüşünün anonsu zamanı Messinin obrazı nümayiş olunur. Lionelin silueti Milandakı kafedral kilsə fonunda görüntülənib. Bu, futbolçuya ildə 50 milyon avro maaş verməyə hazır olan “İnter”in bu keçidə nə qədər önəm verməsini bir daha göstərib.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Messinin müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.