00:16 29-07-2020
news_image
207
FUTBOL

“Mançester Yunayted” imtina etdi – Qrilişdən

İngiltərənin “Mançester Yunayted” klubu Cek Qrilişin transferindən imtina edib.

Apasport.az saytının məlumatına görə, “Aston Villa”nın 24 yaşlı yarımmüdafiəçinin keçidindən imtina etməklə bütün diqqətini Ceydon Sançoya yönəldib.

Dortmund “Borussiya”sı gənc istedadı üçün 120 milyon avro istədiyindən mançesterlilər bu keçidə köklənib. Premyer Liqa klubu öncə onun üçün 98 milyon təklif etsə də, imtina cavabı alıb.

Qeyd edək ki, “Aston Villa”nın yetirməsi olan Qriliş 2013-cü ildən əsas komandada oynayır.