09:31 29-07-2020
news_image
154
FUTBOL

75 milyonluq müdafiəçi - “Mançester Siti” üçün

İngiltərənin “Mançester Siti” klubu “Sevilya”nın futbolçusu Dieqo Karlosu heyətinə qatmaq istəyir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu 27 yaşlı braziliyalı müdafiəçinin transferini bu yay reallaşdırmaq niyyətindədir.

Lakin cənubi amerikalının müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Bu səbəbdən də mançesterlilər futbolçu üçün 75 milyon avro ödəməlidir. İspaniya təmsilçisi oyunçusu üçün məhz bu məbləği tələb edir.

Qeyd edək ki, futbolçunu “Liverpul”, “Barselona” və “Bavariya” da heyətinə qatmaqda maraqlıdır.