10:01 29-07-2020
news_image
368
DİGƏR NÖVLƏR

Yenidən təxirə salına bilər - MDB ölkələrinin Oyunları

MDB ölkələrinin Oyunları təxirə salına bilər.

Apasport.az saytının məlumatına görə, yarışın təşkilatçıları ilk dəfə keçiriləcək multiidman tədbirinin vaxtını dəyişdirmək variantını nəzərdən keçirir.

Bunu Tatarıstanın idman naziri Vladimir Leonov açıqlayıb. O bildirib ki, sentyabra planlaşdırılan Kazan şəhərinin ev sahibliyi edəcəyi yarışın oktyabrın əvvəlinə keçirilməsi müzakirə olunur.

Qeyd edək ki, MDB ölkələrinin Oyunlarının təşəbbüsü Rusiyadan gəlib. Bunu MDB hökumət başçıları Şurası da təsdiqləyib. Öncədən yarış avqustun 20-27-nə planlaşdırılsa da, koronavirus pandemiyasına görə sentyabra keçirilib.