10:16 29-07-2020
news_image
924
STOLÜSTÜ OYUNLAR

“O, ermənilərlə görüşdə qara rəngi üzərinə götürən tək oyunçu olub” – Şəhriyar Məmmədyarov

“Raufu Azərbaycan şahmatını Avropa birincisi edən və milli komandada 10 illər ərzində ən çox əziyyəti olan bir oyunçu kimi bilirəm”. 

Apasport.az saytının məlumatına görə, bu fikirlər Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarova məxsusdur.

O, millidəki komanda yoldaşı Rauf Məmmədovun sosial şəbəkədəki paylaşımına biganə qalmayıb. Belə ki, Rauf 2018-ci ildə Batumidə keçirilən Dünya Şahmat Olimpiadasında yığmamızın Ermənistan üzərində qazandığı parlaq qələbənin videosunu paylaşaraq başverənləri belə şərh edib :"Biz bu günlərdə erməni vandalizmini gördük. Amma biz onlara intellektimizlə qalib gələcəyik!".

Bu paylaşıma rəy bildirən Şəhriyar heç vaxt erməni şahmatçıya uduzmayan Məmmədovun milli komandanın uğurlarındakı payından bəhs edib: “Nə mən, nə Teymur və rəhmətlik Vüqarın bu qədər çox əziyyəti olmayıb. Hamımızdan çox Rauf özünü bu oyunlarda göstərib. Bir insan ki, ermənilərlə görüşdə hər zaman qara rəngi üzərinə götürən tək oyunçu olub. Rauf milli komandanın gəlmiş və keçmiş ən dəyərli oyunçusudur. Bu oyunçu ilə eyni uğurları qazandığım üçün bunu hamıdan yaxşı bilirəm. Bugünkü statusu da onu göstərir ki, bu insanın əvəzi yoxdur. Hamımız Raufu sevirik. Və nə qədər Azərbaycan şahmatı varsa, deməli Rauf var!”.