11:57 29-07-2020
news_image
260
FUTBOL

Azərbaycan klubuna keçir - "Renova"nın futbolçusu

Avropa Liqasında iştirak etmək hüququ qazanan Makedoniyanın "Renova" klubunun futbolçusu Florian Kadriu tezliklə Azərbaycanda legioner həyatı yaşaya bilər. 

Apasport.az saytının məlumatına görə, Premyer Liqa klublarımızdan biri yarımmüdafiəçinin xidmətində maraqlıdır.
 
Bu gün - 24 yaşı tamam olan Kadriu özü də keçidə isti yanaşır. Onun hansı komandaya transfer olmaq istədiyini hələ ki öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, Florian 2018-ci ildən "Renova"nın şərəfini qoruyaraq heyətində 38 oyun keçirib (sport24.az).