12:47 29-07-2020
news_image
228
FUTBOL

2 illik müqavilə - "Sumqayıt"da

“Sumqayıt” 2020/21 mövsümü üçün transfer çalışmalarını davam etdirir.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, Avropa Liqasında debüt edəcək “Gənclik şəhəri” təmsilçisi Cəmaləddin Xocaniyazovla yeni müqavilə bağlayıb.

Öncədən iki illik anlaşmaya imza atacağı bəlli olan rusiyalı müdafiəçi ilə müqavilə rəsmiləşdirilib. O, 2022-ci ilin yayına qədər “Sumqayıt”da çıxış edəcək.

Qeyd edək ki, Cəmaləddin 2019/20 mövsümündə 16 oyunda meydana çıxıb.