13:48 29-07-2020
news_image
148
FUTBOL

“Bavariya” qiymət qoydu - Alkantaraya

Almaniyanın “Bavariya” klubu futbolçusu Tyaqo Alkantaranın satış qiymətini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Münhen təmsilçisi ispaniyalı legioneri üçün 30 milyon avro istəyir.

Gələn il müqaviləsi başa çatacaq futbolçu azad agent kimi klubu tərk edə bilər. Bu səbəbdən də “Bavariya” onun transferindən qazanc əldə etməkdə maraqlıdır. Alkantara İngiltərə klubları, xüsusilə də “Liverpul”un maraq dairəsindədir.

Qeyd edək ki, “Bavariya” Koranten Tolissonu da satmağa hazırlaşır. Fransalı məşqçilər korpusunun oyun planına uyğun gəlmir.