14:18 29-07-2020
news_image
222
FUTBOL

Vaxtı və yeri bilindi - Superkubokun

İngiltərə Superkubokunun vaxtı və yeri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın çempionu ilə ölkə kubokunun qalibi Londondakı “Uembli” stadionunda üz-üzə gələcək.

Qarşılaşma avqustun 29-da baş tutacaq. Ölkə çempionu “Liverpul”un bu matçdakı rəqibi kubokun finalında bəlli olacaq. Finalda “Çelsi” ilə “Arsenal” görüşəcək.

Qeyd edək ki, kubok finalı avqustun 1-də keçiriləcək.