14:51 29-07-2020
news_image
622
DİGƏR NÖVLƏR

Ulduzlar istirahətdə - FOTOSESSİYA

Koronavirus pandemiyası ilə bağlı tennis kortlarına sükut çöksə də, dünya tennisinin ulduzları gündəmdən düşmür.

Apasport.az saytının məlumatına görə, artıq avqustda bərpa olunacaq yarışlar ərəfəsində idmançılar istirahətin son günlərini səmərəli keçirməyə çalışır.
 
Sabiq birinci raketka Karolina Plişkova Monte-Karloda hovuz kənarında dincəlir. Çexiyalı ulduz fasilə dövründə bir neçə nümunəvi turnirdə də iştirak edib. O, əkiz bacısı Kristina ilə uşaqlar üçün tennis düşərgəsi də təşkil etməyə vaxt tapıb.

Birinci raketka adının daha bir sabiq sahibi – Viktoriya Azarenko da isti yay günlərini hovuzda keçirir. “Böyük dəbilqə” turnirlərinin ikiqat qalibi mövsümün bərpasını səbirsizliklə gözləyir.

Rusiyalı Anastasiya Potapova vətənində istirahət edir. O, Moskvada açıq hovuz kənarına baş çəkir.

Elina Svitolina isə Qael Monfislə birlikdə San-Trope kurortunda dincəlməyə vaxt tapıb. Onlar qayıqla Kanndan İtaliya Rivyerasına da yollanıb. Aralıq dənizi səyahəti boyu sosial şəbəkə paylaşımları ilə diqqət çəkən tennisçilər “Günəş, dəniz, qayıq – bu idealdır” ifadəsini də dərc edib.

Rusiyalı Mariya Şarapova sevgilisi Aleksandr Qilks ilə Koloradoda istirahət edir. Qədim hindu torpaqlarında gəzinti tennis karyerasını başa vuran xanım təbii mənzərələr önündə pozalar da verib.

Dağ çayları və göllərini gəzən Belinda Bençiç də digər ulduzlardan geri qalmayıb. İsveçrəli istirahətlə yanaşı məşqlərinə ara vermədən nümunəvi turnirlərdə də çıxış edib.

Arina Sobolenko Minsk dənizinin sahilində dincəlibsə, Fabio Fonyini vaxtını ailəsi ilə keçirib. Koronavirusa yoluxduqdan sonra bərpa olan Anna Kalinskaya 14 günlük karantinin ardından vaxtını istirahətə sərf edir.

2020-ci ilə uğursuz başlayan Naomi Osakanın yaxşı dincəlməyə ehtiyacı var idi. O da belə imkandan maksimum yararlanır. Amerikalı Soana Stivens də təbiətin qoynunda keçirilən istirahəti növbəti uğurların təməli hesab edir.