15:47 29-07-2020
news_image
168
FUTBOL

İtaliya Qran-Prisi də tamaşaçılarsız keçiriləcək

“Formula-1” üzrə İtaliya Qran-Prisi tamaşaçılarsız keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bunu yarışın təşkilatçıları açıqlayıb.

Koronavirus pandemiyası üzündən bu il baş tutan yarışların hamısı boş tribunalar önündə keçirilib. Lakin dünya çempionatının payız bölümündən başlayaraq tamaşaçıların tədricən tribunalara buraxılacağı proqnozlaşdırılır. Bu, sentyabrın 6-da keçiriləcək İtaliya mərhələsinə şamil edilməyəcək.

Qeyd edək ki, tamaşaçıların izləyə biləcəyi ilk mərhələnin Rusiya Qran-Prisi olacağı gözlənilir.