15:54 29-07-2020
news_image
181
FUTBOL

“Qalatasaray” Mensahın transferindən imtina etdi – qiymətinə görə

Türkiyənin “Qalatasaray” klubu Bernard Mensahın transferindən imtina edib.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisini “Kayserispor”un qanalı yarımmüdafiəçisinin transfer qiyməti qane etməyib.

Kayseri təmsilçisi afrikalı legioneri üçün 3,8 milyon avro istəyir. Bu məbləğ “Qalatasaray” üçün məqbul sayılmayıb. Əvəzində digər klublar, o cümlədən “Beşiktaş” futbolçunun xidmətində hələ də maraqlıdır.

Qeyd edək ki, “Kayserispor” Mensahı “Atletiko”dan 3,6 milyon avoya alıb.