16:47 29-07-2020
news_image
415
FUTBOL

Serbiya klubunda - “Zirə”nin sabiq qapıçısı

“Zirə”nin sabiq qapıçısı Boyan Zoqoviç özünə yeni klub tapıb.

Apasport.az saytının məlumatına görə, 2019/20 mövsümünün ardından Bakı klubundan ayrılan monteneqrolu karyerasını Serbiyada davam etdirəcək.

O, bu ölkənin “Kolubara” klubuna keçib. Qapıçının yeni komandası Serbiya çempionatının 1-ci liqasında mübarizə aparır. Ötən mövsüm 5-ci yeri tutan komanda Super Liqaya vəsiqə qazana bilməyib.

Qeyd edək ki, Zoqoviç “Zirə”də 8 oyuna 13 qol buraxıb.