16:53 29-07-2020
news_image
115
FUTBOL

Mourinyonun sabiq köməkçisi İngiltərə klubunda

İngiltərənin “Birminhem” klubunu Aytor Karanka çalışdıracaq.

Apasport.az saytının məlumatına görə, 46 yaşlı ispaniyalı həmyerlisi Pep Klotetin istefasından sonra boş qalan postu tutacaq.

Karanka əvvəllər də İngiltərədə çalışıb. O, “Middlsbro” və “Nottinhem Forest”ə rəhbərlik edib. Mütəxəssis daha çox “Real”da Joze Mourinyonun köməkçisi olması ilə diqqət çəkib.

Qeyd edək ki, “Birminhem” 2019/20 mövsümündə 20-ci yeri tutaraq Çempionşipdəki yerini çətinliklə qoruyub.