17:18 29-07-2020
news_image
214
FUTBOL

Yeni komandası bəlli oldu - Marianonun

Türkiyənin “Qalatasaray” klubundan ayrılan Marianonun yeni komandası bəlli olub.

Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu karyerasını vətənində davam etdirəcək.

O, “Atletiko Mineyro” ilə anlaşıb. 34 yaşlı cinah müdafiəçisi yaxın günlərdə təqdim olunacaq. Marianonun transferini onunla “Sevilya”da da çalışmış Xorxe Sampaoli istəyib.

Qeyd edək ki, braziliyalı 2017/18 mövsümündə “Sevilya”dan “Qalatasaray”a keçib.