17:50 29-07-2020
news_image
112
FUTBOL

“Sevilya”nın futbolçusu yoluxdu – koronavirusa

İspaniyanın “Sevilya” klubu futbolçuları, məşqçi heyəti və bütün personalı koronavirus testi verib.

Apasport.az saytının məlumatına görə, adı açıqlanmayan əsas heyətin futbolçusunun testi müsbət nəticələnib.

Heç bir simptomu olmayan və özünü yaxşı hiss edən oyunçu evində karantindədir. Bundan sonra klubun digər üzvlərindən təkrar test götürülüb ki, bunun nəticələri yaxın günlərdə bilinəcək.

Komanda məşqləri dayandırıb və bazada dezinfeksiya işləri aparılacaq. Hazırlıq prosesi iki gündən sonra bərpa ediləcək.

Qeyd edək ki, “Sevilya” avqustun 6-da Avropa Liqasının 1/8 final mərhələsində “Roma” ilə üz-üzə gələcək.