20:38 29-07-2020
news_image
338
FUTBOL

“Zirə” müqavilə bağladı - “Voyvodina”nın sabiq futbolçusu ilə

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb. 

Klubdan apasport.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi Lazar Corceviçlə anlaşıb. 

28 yaşlı serbiyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Corceviç daha əvvəl ölkəsinin “Palilulaç”, “Voyvodina”, “Radinçki”, Şimali Makedoniyanın “Sileks”, Slovakiyanın “Koşitse”, “Jeleziarne Podbrezova” və Çexiyanın “Karvina” klublarnda çıxış edib.

Qeyd edək ki, Rəşad Sadıqov baş məşqçi postuna gətirən “Zirə” serbiyalı futbolçudan öncə Ruslan Qurbanov, Rəşad Əzizli, Tural Bayramlı, Klesio Bauk, Kərim Diniyev, Rəşad Eyubov, Sərtan Taşkın, Şəhriyar Rəhimov və Ayxan Süleymanlını transfer edib. Həmçinin Abdulla Seyidəhmədovla müqavilə uzadılıb.