00:05 30-07-2020
news_image
282
FUTBOL

“Qızıl buts”a yaxınlaşdı - İmmobile

İtaliyanın “Latsio” klubunun futbolçusu Çiro İmmobile İtaliya A seriyasında 35-ci qolunu vurub.

Apasport.az saytının məlumatına görə, hücumçu XXXVII turun “Breşiya” ilə matçında (2:0) fərqlənib.

Bu, İmmobileyə “Qızıl buts” uğrunda mübarizədə liderliyi ələ keçirmək imkanı verib. 35 qolla 70 xala malik Çiro vahid lider olub.

O, Bundesliqada 34 qol vurub 68 xal toplayan “Bavariya”nın polşalı qolçusu Robert Levandovskini keçib. Almaniya çempionatı başa çatdığından sonuncu mübarizədən kənar qalıb.

İmmobilenin yeganə rəqibi isə Kriştianu Ronaldodur. “Yuventus”un portuqaliyalı ulduzunun hesabında 31 top (62 xal) var.

Qeyd edək ki, “Qızıl buts” UEFA-ya üzv olan ölkələrin çempionatlarında ən çox qol vuran futbolçuya verilir. Qollar çempionatların səviyyəsinə əsasən müəyyənləşən əmsala vurulur.