00:52 30-07-2020
news_image
210
FUTBOL

Premyer Liqanın bir addımlığında - “Brentford”

İngiltərə Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsində ilk finalçı bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Brentford” avqustun 4-də keçiriləcək həlledici matça vəsiqə əldə edib.

Mövsümü 3-cü pillədə başa vuran komanda yarımfinalda “Suonsi”ni mübarizədən kənarlaşdırıb. İlk görüşdə uelslilər 1:0 hesabı ilə qalib gəlsə də, “Brentford” 3:1 hesablı qələbə ilə mərhələ adlamağı bacarıb.

İkinci finalçı iyulun 30-da baş tutacaq “Fulhem” – “Kardiff” görüşündə bəlli olacaq. Səfərdə iki cavabsız qol vuran “Fulhem” üstünlüyünü qorumağa çalışacaq.

Qeyd edək ki, Çempionşipdə ilk iki yeri tutan “Lids” və “Vest Bromviç” Premyer Liqaya birbaşa vəsiqə qazanıb. “Bornmut”, “Uotford” və “Norviç” isə aşağı dəstəyə yuvarlanıb.