11:16 30-07-2020
news_image
112
FUTBOL

Zədəli gəlib, Bakıda əməliyyat olundu - “Sabah”ın yeni transferi

“Sabah”ıın yeni transferi Aleksey İsayev təcili əməliyyat olunub.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Bakıdakı özəl klinikaların birində cərrah bıçağı altına düşüb.

İsayevin sağ ayağında edilən əməliyyat uğurlu keçib.

Klubdan redaksiyamıza bildirilib ki, futbolçu Rusiyada fərdi məşq edərkən zədə alıb. Nə vaxt məşqlərə başlayacağı hələ dəqiq bəlli deyil. Qarşıdakı günlərdə müəyyənləşəcək (sportinfo.az).