12:24 30-07-2020
news_image
201
FUTBOL

Hədəfindəki bombardir - “Qalatasaray”ın

Türkiyənin “Qalatasaray” klubu yay fasiləsində hücum xəttini gücləndirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, Radamel Falkaonun tez-tez zədələnməsi İstanbul klubunu yeni hücumçu axtarmağa vadar edib.

“Sarı-qırmızılar” Avstriyanın “Volfsberger” klubunda çıxış edən Şon Vaysmanı transfer etmək istəyir. 24 yaşlı israilli mərkəz hücumçusu karyerasını İngiltərə və ya Almaniyada davam etdirmək istəsə də, “Böyük beşlik” liqalarından təklif almayıb. Avstriya klubu da müqaviləsi gələn yay başa çatacaq futbolçunu satmağa hazırdır.

Qeyd edək ki, Avstriya Bundesliqasında bombardir adına yiyələnən Vaysman keçirdiyi 31 matçda 30 qol vurub.