15:17 30-07-2020
news_image
121
FUTBOL

İspaniyadan kənarda keçirilə bilər - “Barselona” – “Napoli” oyunu

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” – “Napoli” oyunu neytral meydanda keçirilə bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb cavab oyunları çərçivəsində baş tutmalı olan görüşün İspaniyada təşkili sual altına düşməsidir.

Koronavirus pandemiyasının İspaniyada yayılması üzündən UEFA Barselonadakı matçın yerini dəyişdirməyi götür-qoy edir. Bildirilir ki, qurum Səhiyyə Departamentinə müraciətinin cavabını gözləyir. Əgər oyunun sağlamlıq üçün təhlükəli olduğu bildirilsə, matçın yeri dəyişdiriləcək.

Yekun qərar bu həftə verilməlidir. Çünki qarşılaşma avqustun 8-də keçirilməlidir.

Qeyd edək ki, komandalar arasında ilk matç 1:1 hesabı ilə başa çatıb.