15:34 30-07-2020
news_image
48
FUTBOL

“Mançester Siti” müdafiəçi alır – “Bornmut”dan

İngiltərənin “Mançester Siti” klubu daha bir futbolçunun keçidini razılaşdırıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi aşağı dəstəyə yuvarlanan “Bornmut”un müdafiəçisi Natan Akeni heyətinə qatır.

“Şəhərlilər” futbolçunun keçidini 43 milyon avroya həll edəcək. Tərəflər arasında razılıq əldə olunsa da, keçid hələ rəsmiləşməyib.

Qeyd edək ki, “Mançester Siti” Akedən əvvəl “Valensiya”nın futbolçunun Ferran Torresin keçidini də razılaşdırıb.