17:55 30-07-2020
news_image
84
FUTBOL

“Mançester Yunayted”dən qapıçısına təklif - 5 illik müqavilə

İngiltərənin “Mançester Yunayted” klubu qapıçısı Din Hendersona yeni müqavilə təklif edib.

Apasport.az saytının məlumatına görə, Mançester təmsilçisi ötən mövsüm icarə əsasında çıxış etdiyi “Şeffild Yunayted”də özünü yaxşı tərəfdən göstərən qolkiperə 5 illik anlaşma imzalamaq istəyir.

Klub rəhbərliyi müqaviləsi 2022-ci ildə başa çatacaq Hendersonu geri qaytarmaqla Devid de Xeayla rəqabət yaratmaq fikrindədir. Əgər yeni müqavilə barədə razılıq əldə olunsa, Din Avropanın ən yüksək ödənişli qapıçılarından birinə çevriləcək.

Qeyd edək ki, digər Premyer Liqa klubu “Çelsi” də Hendersonu heyətində görmək istəyir.