21:03 30-07-2020
news_image
214
FUTBOL

Neftçi”də 2 illik müqavilə - baş məşqçi ilə

"Neftçi” baş məşqçi Füzuli Məmmədovla yeni müqavilə bağlayıb.

Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Müşahidə Şurasının bu gün onlayn şəkildə keçirilmiş iclasında Məmmədovun baş məşqçi postuna namizədliyi təsdiqlənib.

Mütəxəssisin daha 2 il əsas komandanı çalışdırması haqqında qərar verilib.

Qeyd edək ki, 2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunan Füzuli Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir. “Ağ-qaralar” onun rəhbərliyi altında ötən mövsümü 2-ci pillədə başa vuraraq gümüş medal qazanıblar.