22:13 30-07-2020
news_image
64
FUTBOL

Sabaha qaldı - “Sabah”ın oyunu

Azərbaycan Premyer Liqası klublarının iştirakı ilə yoxlama oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün Qəbələdə təlim-məşq toplanışında olan “Sabah” və “Sumqayıt” üz-üzə gəlib.

Lakin oyun başa çatdırılmayıb. Güclü yağış artıq ilk hissədə matçın dayandırılması ilə nəticələnib.

Görüş sabah davam etdiriləcək. Komandalar saat 11:00-da yenidən üz-üzə gələcək.

Qeyd edək ki, bu, hər iki komandanın hazırlıq prosesində ikinci sınağı olub. “Sumqayıt” “Neftçi”yə 0:3 hesabı ilə uduzubsa, “Sabah” “Qarabağ”a 2:1 hesabı ilə qalib gəlib.

Yoxlama oyunu
30 iyul

18:30. “Sabah” – “Sumqayıt” – 0:0 (oyun 1-ci hissədə dayandırılıb)