22:42 30-07-2020
news_image
136
FUTBOL

Messi planı – “İnter”in

İtaliyanın “İnter” klubunun argentinalı futbolçu Lionel Messi ilə bağlı planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi cənubi amerikalı hücumçunu azad agent kimi heyətinə qatmaq qərarına gəlib.

Milanlılar bunun üçün Messinin İspaniya “Barselona”sı ilə müqaviləsinin bitməyini gözləyəcək. “İnter” argentinalıya 2021-ci ilin yayında 4 illik müqavilə imzalamaq niyyətindədir.

“İnter”in Messiyə təklif edəcəyi məbləğ də bəlli olub. Milan təmsilçisi hücumçuya 260 milyonluq müqavilə təklif edəcək. Vergilər çıxıldıqdan sonra onun illik qazancı 50 milyon təşkil edəcək. Bu da Kriştianu Ronaldonun “Yuventus”dakı qazancından çoxdur.

Qeyd edək ki, Messi 2019/20 mövsümündə La Liqaının 33 oyununda 25 qol vurub.