11:54 31-07-2020
news_image
168
FUTBOL

İkinci qələbə - “Sabah”dan

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Sabah” və “Sumqayıt” klubları arasında keçirilən yoxlama oyunu başa çatdırılıb.

Apasport.az saytının məlumatına görə, Qəbələdə təşkil olunan matç dünən başlasa da, ilk yarının sonlarında güclü yağış üzündən dayandırılmışdı.

Komandalar bu gün görüşün ikinci hissəsini oynayıblar. Bir gün əvvəl qol vura bilməyən rəqiblərin sınağında yeganə top ikinci hissəyə təsadüf edib. Slavik Alxasovun qolu paytaxt təmsilçisinə qələbə qazandırıb.

Qeyd edək ki, bu, hər iki komandanın ikinci sınaq matçıdır. Bunadək “Sabah” “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edibsə, “Sumqayıt” “Neftçi”dən üç cavabsız top buraxıb.

Yoxlama oyunu
31 iyul
11:00. “Sabah” – “Sumqayıt” – 1:0

Slavik Alxasov