12:23 31-07-2020
news_image
157
FUTBOL

İsveçrəli yarımmüdafiəçi ilə anlaşdı - “Beşiktaş”

Çempionlar Liqasında mübarizə aparacaq Türkiyənin “Beşikaş” klubunun heyətinə qatacağı yeni futbolçulardan biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi İsveçrənin “Bazel” klubu ilə müqaviləsi başa çatan Kevin Bua ilə anlaşıb.

Azad agent statusu ilə heyətə qatılacaq 26 yaşlı yarımmüdafiəçi ilə müqavilə yaxın günlərdə imzalanacaq. 

Qeyd edək ki, isveçrəli Bua başa çatan mövsüm “Bazel”də keçirdiyi 30 matçda 10 qol vurub.