21:18 31-07-2020
news_image
2251
FUTBOL

“Neftçi”ni bir qolla yendi - “Qarabağ”

Avrokubokların 2020/21 mövsümünə hazırlaşan Azərbaycan klublarını iştirakı ilə daha bir yoxlama oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, Qəbələdə təlim-məşq toplanışında olan “Qarabağ”la “Neftçi” üz-üzə gəlib.

Ölkənin iki ən titullu komandasının duelinin taleyini bir qol həll edib. Bədavi Hüseynovun vurduğu top Ağdam təmsilçisinə minimal hesablı qələbə qazandırıb.

Qeyd edək ki, bunadək “Qarabağ” “Keşlə” (3:1) və “Sabah”la (1:2), “Neftçi” isə “Sumqayıt”la (3:0) üz-üzə gəlib.

Yoxlama oyunu
31 iyul
19:30. “Qarabağ” – “Neftçi” – 1:0

Bədavi Hüseynov