13:19 31-07-2020
news_image
395
FUTBOL

Ronaldonun yeni “Buqatti”si – 8 milyon avroya

Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb.

Apasport.az saytının məlumatına görə, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib.

Portuqaliyalı “Buqatti Sentodieçi” üçün 8 milyon avro ödəyib. Bu, limitli modeldir. 

Fransa şirkəti cəmi 10 ədəd “Buqatti Sentodieçi” hazırlayacaq. Bu on avtomobil şirkətin 110 illik yubileyi münasibətilə buraxılır. Maşının maksimal sürəti 380 km/s-dır. Avtomobil 100 km/s sürəti cəmi 2,4 saniyəyə yığır.

Futbolçu yeni maşınını məhz A seriyasındakı çempionluğu şərəfinə alıb. Lakin “Buqatti” yalnız 2021-ci ildə futbolçuya veriləcək.

Qeyd edək ki, Ronaldo bir neçə gün öncə çempionluq münasibətilə 6 milyonluq yaxta da alıb.