13:53 31-07-2020
news_image
222
FUTBOL

Villianla danışıqlara başladı - “Barselona”

İspaniyanın “Barselona” klubu braziliyalı futbolçu Villianla danışıqlara başlayıb.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisinin rəhbərliyi keçidlə bağlı cənubi amerikalının nümayəndələrinə müraciət edib.

Villianın İngiltərə “Çelsi”si ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. Buna görə də “Barselona” futbolçunu azad agent kimi heyətinə qatmaqda maraqlıdır.

Qeyd edək ki, cari mövsüm ümumilikdə 47 matç keçirən Villian 11 qol vurub.