14:20 31-07-2020
news_image
163
FUTBOL

Qiyməti bəlli oldu - “İnter”lə “Milan”ın istədiyi futbolçunun

Fransanın “Marsel” klubu futbolçusu Florian Toveni satmağa razı olub.

Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisi yarımmüdafiəçisini 15-20 milyon avroya satmağa hazırdır.

Tovenin xidmətində İtaliya təmsilçiləri maraqlıdır. Həm “Milan”, həm də “İnter” yarımmüdafiəçini heyətində görməkdə maraqlıdır.

Qeyd edək ki, 27 yaşlı futbolçu başa çatan mövsümdə Liqa1-də 20 matç keçirib.