14:27 31-07-2020
news_image
208
FUTBOL

Növbəti müqavilə - “Sumqayıt”da

2020/21 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə müqaviləni artırıb. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, bu yay Avropa Liqasında debüt edəcək komanda Vüqar Mustafayevlə bir illik anlaşıb.

Yarımmüdafiəçi daha 1 il komandanın uğurları üçün çalışacaq. O, 2021-ci ilin yayına qədər “Gənclik şəhəri” təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, 2019/20 mövsümündən “Sumqayıt”da çıxış edən Vüqar 15 oyunda meydana çıxıb.