23:18 31-07-2020
news_image
1261
FUTBOL

Prosineçki “Trabzonspor”a qiymət oxudu – 1 milyon

Baş məşqçisi Hüseyin Cimşir ilə yollarını ayıran Türkiyənin “Trabzonspor” klubu yeni çalışdırıcı axtarışlarına başlayıb.

Apasport.az saytının məlumatına görə, Super Liqada ikinci olub, ölkə kubokunu qazanan trabzonlularun bu posta iki namizədi var.

Klub rəhbərliyində yaranan fikir ayrılığı nəticəsində hər qrup bir mütəxəssislə danışırlar aparır. Onlardan birinin əsas namizədi Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkidir. Hazırda “Kayserispor”u çalışdıran xorvatiyalı ilə danışıqlara başlanılıb.

Eyni zamanda, Abdullah Avçı ilə danışıqlar aparılır. Türkiyəli ilə danışıqlar müsbət yöndə getsə də, xorvatiyalı “Trabzonspor”a “qiymət oxuyub”. 51 yaşlı mütəxəssis ildə 1 milyon avro maaş istəyib. Onu kluba gətirmək istəyənlər bu məbləğlə də razıdır. Amma Prosineçkiyə Super Liqaya yüksələn “Hatayspor” da elçi düşüb.

Qeyd edək ki, ötən ildən “Kayserispor”un “sükanı arxası”nda olan xorvatiyalı 2014-17-ci illərdə Azərbaycan yığmasını, 2018-19-cu illərdə Bosniya və Herseqovina millisini çalışdırıb.