00:18 01-08-2020
news_image
285
FUTBOL

Daha bir ölkədə komanda sayı artırıldı

Belçika çempionatında komandaların sayı artırılıb.

Apasport.az saytının məlumatına görə, növbəti iki mövsümdə yüksək dəstədə 18 komanda mübarizə aparacaq.

Bu addım məcburiyyətdən atılıb. Koronavirus üzündən başa çatdırılmayan mövsümün nəticələrinə əsasən sonuncu yerin sahibi “Beveren” aşağı liqaya yuvarlanıb.

Lakin son pillədən qurtulmaq şansı olduğu iddialarını ortaya qoyan klub apelyasiya verib. “Beveren”in şikayətinə müsbət cavab verilib və komanda yüksək dəstədə saxlanılıb.

Komanda sayının 17 olmaması üçün aşağı liqanın iki ən yaxşısı elitaya yüksəlib. Yeganə vəsiqə üçün üz-üzə gəlməli olan “Leven” və “Beerskot”un hər ikisi bu hüquqa yiyələnib.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Super Liqasında komanda sayı 18-dən 21-ə qaldırılıb.