11:17 01-08-2020
news_image
339
FUTBOL

Rəşad Sadıqov sabiq komanda yoldaşını “Qarabağ”dan apardı - “Zirə”yə

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, qəsəbə təmsilçisi Hacıağa Hacılı ilə anlaşıb. 

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbolçu kimi “Qarabağ”da çıxış etdiyi vaxt çiyin-çiyinə oynadığı 22 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyib. Bu üzdən də Hacılı Ağdam təmsilçisindən icarəyə götürülüb. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Hacıağa Azərbaycan Premyer Liqasında 14 matç keçirib.