12:28 01-08-2020
news_image
194
FUTBOL

“İnter” axtardığını “Atalanta”da tapıb – ikisini birdən

İtaliyanın “İnter” klubu “Atalanta”nın iki futbolçusunu almağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi son mövsümlər liderlər sırasına yüksələn Berqamo klubunun aparıcı üzvləri ilə güclənməyi planlaşdırır.

“İnter” hücum xəttinə Duvan Sapatanı almağa çalışır. Yarımmüdafiəni isə Robin Qosens gücləndirməlidir.

Qeyd edək ki, “İnter” bu iki oyunçu üçün ümumilikdə 56 milyon avro ödəyəcəyi gözlənilir.