13:34 01-08-2020
news_image
248
FUTBOL

“Real”ın futbolçusunu istəyir – Premyer Liqa klubu

İspaniyanın “Real” klubunun futbolçusu Serxio Reqilon karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Everton” 23 yaşlı müdafiəçini heyətində görmək istəyir.

Premyer Liqa klubu bununla bağlı Madrid təmsilçisinə təklif göndərib. Liverpullular oyunçu üçün 18 milyon funt sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, Reqilon ötən mövsümü icarə əsasında “Sevilya”da keçirib. İspaniyalı La Liqanın 31 oyununda 2 qol vurub.