22:24 01-08-2020
news_image
179
FUTBOL

Braziliyalı müdafiəçisini satdı - “Qalatasaray”

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Maykon Pereyra Roke karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı braziliyalı müdafiəçi “Əl Nəsr” klubuna keçib.

2019-cu ilin əvvəlindən “Əl Nəsr”də icarədə olan Maykon bu kluba transfer olunub. Onun keçidi üçün İstanbul təmsilçisi 1 milyon 430 min avro alacaq. 

Qeyd edək ki, braziliyalı müdafiəçi 2017-ci ildə “San Paulu”dan “Qalatasaray”a keçmişdi.