23:28 01-08-2020
news_image
171
FUTBOL

“Arsenal” “Liverpul”a rəqib oldu - Superkubokda

İngiltərə Superkubokunda üz-üzə gələcək cüt müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın çempionu olan “Liverpul”un rəqibi ölkə kubokunun finalında müəyyənləşib.

“Çelsi”yə 2:1 hesabı ilə qalib gələn “Arsenal” Superkubokda oynamaq hüququ qazanıb. “Liverpul”la “Arsenal” arasında duel avqustun 29-da keçiriləcək. Bu matç Londondakı “Uembli” stadionunda təşkil olunacaq.

Qeyd edək ki, “Liverpul” və “Arsenal” hərəyə 15 dəfə Superkubokun qalibi olub.