12:33 02-08-2020
news_image
230
FUTBOL

Bombardirin maaşın artırır, yeni hücumçu alır – “Latsio”

İtaliyanın “Latsio” klubu A seriyasının bombardiri və “Qızıl buts”un sahibi olan Çiro İmmobile ilə yeni müqavilə imzalamaq qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi 30 yaşlı forvardı razı salmaq üçün illik maaşını 2,5 milyon avrodan 4,5 milyona qədər artırmaq niyyətindədir.

Hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Çiroya təklif olunan yeni anlaşmanın müddəti açıqlanmır.

“Latiso” hücum xəttini daha bir futbolçu ilə də gücləndirməyə ehtiyac duyub. Romalılar Borxi Mayoralın keçidi üçün İspaniya “Real”ı ilə danışıqlar aparır.

Ötən mövsüm icarə əsasında “Levante”də çıxış edən futbolçu üçün 20 milyon avro ödəniləcəyi gözlənilir. Onun “Real”la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.